Ölən müsəlman haqda şahidliklər
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ الله ﷺ: «مَا مِنْ مُسْلِمٍ يَموُتُ فَيَشْهَدُ لَهُ أَرْبَعَةُ أَهْلِ أَبْيَاتٍ مِنْ جِيرَانِهِ الأَدْنَيْنِ أَنَّهُمْ لاَ يَعْلَمُونَ إِلاَّ خَيْرًا إِلاَّ قَالَ الله قَدْ قَبِلْتُ عِلْمَكُمْ وَغَفَرْتُ لَهُ مَا لاَ تَعْلَمُونَ»
Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Bir müsəlman öldükdə, ən yaxın qonşularından dörd nəfər onun xeyirli (insan olduğunu) bildiklərinə şahidlik edərlərsə, Allah belə buyurar: “Mən sizin bildiklərinizi qəbul etdim və sizin bilmədiklərinizi də ona bağışladım”.[1]
عَنِ الرُّبيِّع بِنْتَ مُعَوِّذ قَالَتْ: قَالَ رَسُوْلُ اللهِ ﷺ: «إِذَا صَلَّوا عَلَى جَنَازَةٍ فَأَثْنَوا خَيْراً، يَقُولُ الرَبُّ: أَجَزْتُ شَهَادَتهُمْ فِيْمَا يَعلَمُونَ، وَأَغْفِرُ لَهُ مَالاَ يَعْلَمُونَ».
Rubeyyi bint Muəvviz[2] (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Bir cənazə xeyirlə yad edilirsə, Allah buyurur: “Onların bilib şahidlik etdiklərini qəbul etdim, bilmədiklərini isə ona bağışladım”.[3]
[1] Əhməd, 13052, 13541, 13565, 13889; Əbu Yəalə, 3481; İbn Hibban, 3026; əl-Hakim, 1398. əl-Albani “Sahihut-Tərğib vət-Tərhib”də (№ 3515) həsən li-ğeyrihi olduğunu bildirmişdir.
[2] Rubeyyi bint Muəvviz ibn Haris əl-Ənsariyyə (Allah ondan razı olsun) Peyğəmbərin ﷺ səhabəsidir. Abdul-Məlik ibn Mərvanın xilafəti dövründə, təqribən hicrətin 70-ci illərində vəfat etmişdir.
[3] əl-Buxari “Tarixul-Kəbir” 574. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 662) və “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1364) səhih olduğunu bildirmişdir.