Borclu olana güzəşt edənin fəziləti

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ عَنْ رَسُولِ اللَّهِ ﷺ قَالَ «إِنَّ رَجُلاً لَمْ يَعْمَلْ خَيْرًا قَطُّ وَكَانَ يُدَايِنُ النَّاسَ فَيَقُولُ لِرَسُولِهِ خُذْ مَا تَيَسَّرَ وَاتْرُكْ مَا عَسُرَ وَتَجَاوَزْ لَعَلَّ اللَّهَ تَعَالَى أَنْ يَتَجَاوَزَ عَنَّا فَلَمَّا هَلَكَ قَالَ اللَّهُ عز و جل لَهُ هَلْ عَمِلْتَ خَيْرًا قَطُّ قَالَ لاَ إِلاَّ أَنَّهُ كَانَ لِى غُلاَمٌ وَكُنْتُ أُدَايِنُ النَّاسَ فَإِذَا بَعَثْتُهُ لِيَتَقَاضَى قُلْتُ لَهُ خُذْ مَا تَيَسَّرَ وَاتْرُكْ مَا عَسُرَ وَتَجَاوَزْ لَعَلَّ اللَّهَ يَتَجَاوَزُ عَنَّا. قَالَ اللَّهُ تَعَالَى قَدْ تَجَاوَزْتُ عَنْكَ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Heç bir xeyir əməl etməyən bir kişi insanlara borc verərdi və (borcu almaq üçün göndərdiyi) elçisinə belə deyərdi: “Borcu qaytara bilən­dən al, qaytarmaqda çətinlik çəkəni isə burax və (onun borcundan) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. O, öləndən sonra Uca Allah ondan soruşur: “Xeyir bir əməl etdinmi?” O deyir: “Xeyr! Ancaq mənim bir xidmətçim vardı və mən insanlara borc verərdim. Borcu almağa göndə­rəndə ona belə buyurardım: “Borcu qaytara biləndən al, qaytarmaqda çətinlik çə­kəni burax və (onun borcundan) keç! Ola bilsin ki, Uca Allah da bizim (günahlarımızdan) keçsin”. Uca Allah buyurur: “Sənin (gü­nah­larından) keçdim!”[1]
 

عَنْ أَبِي مَسْعُودٍ الأَنْصَارِيِّ قَالَ: قَالَ رَسُولُ اللَّهِ ﷺ: حُوسِبَ رَجُلٌ مِمَّنْ كَانَ قَبْلَكُمْ، فَلَمْ يُوجَدْ لَهُ مِنَ الْخَيْرِ إِلاَّ أَنَّهُ كَانَ رَجُلًا يُخَالِطُ النَّاسَ وَكَانَ مُوسِرًا، فَكَانَ يَأْمُرُ غِلْمَانَهُ أَنْ يَتَجَاوَزُوا عَنِ الْمُعْسِرِ، قَالَ اللَّهُ عَزَّ وَجَلَّ: فَنَحْنُ أَحَقُّ بِذَلِكَ مِنْهُ، فَتَجَاوَزَ عَنْهُ.

 
Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Rəsulullah - salləllahu aleyhi və səlləm - de­mişdir: “Sizdən əvvəl yaşayan insanlardan birisi haqq-hesaba çəkildi, am­ma xe­yirli bir iş gördüyü aşkar olunmadı.[2] O, sadəcə insanlarla ünsiyyət­də olan zəngin bir adam olmuşdu. Bu adam öz xidmətçilərinə bor­cunu ödə­yə bilməyən kimsəni bağışlamağı buyurarmış. Uca Allah da: “Biz bu adamı ba­ğışlamağa ondan daha çox layiqik”– deyib onu bağışladı.[3][4]

 
[1] ən-Nəsai, 4615, 4711. əl-Albani səhih oldu­ğu­nu bildirmişdir.
[2] Burada “xeyirli iş” deyildikdə, tövhid istisna olmaqla digər xeyirli işlər nəzərdə tutulur. Belə ki, Allahın təkliyini qəbul etməyən kimsənin digər əməlləri də puç olur. Əgər bu adam tövhid əhli olmasaydı, onun bor­cunu ödə­yə bilməyən kimsəyə borcu ba­ğışlamasının ona heç bir faydası olmazdı. 
[3] Bu, dəlildir ki, gözəl əxlaqlı olmaq günahların bağışlanması üçün bir səbəbdir. Bu xüsusda, Uca Allah buyurur: “Əgər borclu olan adam ağır şə­rait içindədir­sə, onun və­ziy­yəti düzələ­nə qədər ona möh­lət verin. Bilin ki, borcu bağış­lamaq si­zin üçün daha xe­yir­lidir. Allahın hüzuruna qay­ta­rılacağı­nız gündən qorxun! Son­ra hər kəsə qazandı­ğının əvəzi büs­bütün veriləcək və onlara zülm olun­mayacaqdır” (əl-Bə­qə­rə, 280-281). Bu hədisdən o da aydın olur ki, insan başqalarına necə münasibət göstərirsə, Allah da ona o cür münasibət göstərir. Bu xüsusda, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Müsəlman müsəl­ma­nın qardaşıdır; ona zülm etməz və onu ələ verməz. Kim qardaşının ehtiyacını ödəyərsə, Allah da onun ehtiyacını ödəyər. Kim bir müsəlmanı bir sıxıntıdan qurtararsa, Allah da onu Qi­ya­mət gününün sıxıntılarının birindən qurtarar. Kim bir mü­səl­ma­nın eyiblərini örtərsə, Allah da Qiyamət günü onun eyiblərini ör­tər”. (əl-Buxari, 2442). 
[4] Muslim, 1561; əl-Buxari “Ədəbul-Mufrad” 293. əl-Albani səhih olduğunu bildirmişdir.