Heç kəsin haqqı yerdə qalmaz

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ أن رَسُولِ اللَّهِ   قَالَ: يَقْضِي اللهُ بَينَ خَلْقِهِ الجِنِّ والإنْسِ وَالْبَهائمِ، فإنَّهُ لَيَقِيدُ يَوْمَئِذٍ لِلْجَمَّاءِ مِنْ القرناء، حتى إذَا لَمْ يَبْقَ تَبِعَةٌ عِنْدَ وَاحِدةٍ لأخْرَى قال اللهُ: كُونُوا تُرَابًا، فَعِنْدَ ذلكَ يَقُولُ الكافِرُ: (يا لَيْتَني كُنْتُ تُرَابًا)

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “(Qiyamət günü) Allah yaratdığı cinlər, insanlar və heyvanlar arasında hökm verəcək və o gün hətta buynuzlu ilə buynuzsuz heyvanlar arasında da hökm verəcək. Birinin digəri üzərində haqqı qalma­dıqda Allah deyəcək: “Torpaq olun!”[1] Elə bu zaman kafir deyə­cək: “Kaş mən torpaq olaydım!” (ən-Nəbə, 40)”.[2]
 

عَنْ جَابِرِ بْنِ عَبْدِ اللهِ، قَالَ: بَلَغَنِي حَدِيثٌ عَنْ رَجُلٍ مِنْ أَصْحَابِ رَسُولِ اللهِ ﷺ، سَمِعَهُ مِنْ رَسُولِ اللهِ ﷺ فِي الْقِصَاصِ لَمْ أَسْمَعْهُ، فَابْتَعْتُ بَعِيرًا، فَشَدَدْتُ عَلَيْهِ رَحْلِي، ثُمَّ سِرْتُ إِلَيْهِ شَهْرًا حَتَّى قَدِمْتُ مِصْرَ، فَأَتَيْتُ عَبْدَ اللهِ بْنَ أُنَيْسٍ، فَقُلْتُ لِلْبَوَّابِ قُلْ لَهُ: جَابِرٌ عَلَى الْبَابِ فَقَالَ: ابْنُ عَبْدِ اللهِ؟ قُلْتُ: نَعَمْ، فَأَتَاهُ فَأَخْبَرَهُ، فَقَامَ يَطَأُ ثَوْبَهُ حَتَّى خَرَجَ إِلَيَّ، فَاعْتَنَقَنِي وَاعْتَنَقْتُهُ، فَقُلْتُ لَهُ: حَدِيثٌ بَلَغَنِي عَنْكَ سَمِعْتُهُ مِنْ رَسُولِ اللهِ ﷺ وَلَمْ أَسْمَعْهُ فِي الْقِصَاصِ، فَخَشِيتُ أَنْ أَمُوتَ أَوْ تَمُوتَ قَبْلَ أَنْ أَسْمَعَهُ، فَقَالَ عَبْدُ اللهِ : سَمِعْتُ رَسُولَ اللهِ ﷺ يَقُولُ: يَحْشُرُ اللَّهُ تَعَالَى الْعِبَادَ، أَوْ قَالَ النَّاسَ، عُرَاةً بُهْمًا قَالَ: قُلْنَا مَا بُهْمًا؟، قَالَ: لَيْسَ مَعَهُمْ شَيْءٌ، ثُمَّ يُنَادِيهِمْ، فَذَكَرَ كَلِمَةً أَرَادَ بِهَا نِدَاءً يَسْمَعُهُ مَنْ بَعُدَ كَمَا يَسْمَعُهُ مَنْ قَرُبَ: أَنَا الْمَلِكُ، أَخْبَرَنَا (أَنَا) الدَّيَّانُ لا يَنْبَغِي لأَحَدٍ مِنْ أَهْلِ الْجَنَّةِ أَنْ يَدْخُلَ الْجَنَّةَ، وَلا يَنْبَغِي لأَحَدٍ مِنْ أَهْلِ النَّارِ أَنْ يَدْخُلَ النَّارَ وَعِنْدَهُ مَظْلَمَةٌ حَتَّى أَقُصَّهُ مِنْهُ حَتَّى اللَّطْمَةُ وَقَالَ: قُلْنَا: كَيْفَ وَإِنَّمَا نَأْتِي اللَّهَ تَعَالَى غُرْلا بُهْمًا ؟ قَالَ: بِالْحَسَنَاتِ وَالسَّيِّئَاتِ، قَالَ: وَتَلا رَسُولُ اللهِ ﷺ (الْيَوْمَ تُجْزَى كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ لَا ظُلْمَ الْيَوْمَ)

 
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, mən Peyğəmbərin - salləllahu aleyhi və səlləm - əshabələrindən birinin ondan qisas barədə mənim eşitmədiyim bir hədisi eşitdiyini biləndə bir dəvə aldım və yola götürə­cə­yim azuqəmi ona yüklədim. Sonra (ona minib) bir ay yol getdim. Nəhayət gəlib Misirə çatdım. Mən Abdullah ibn Uneysin evinə gəlib qapıda duran gözətçiyə dedim: “Abdullaha de ki, Cabir qapıda gözləyir!” Gözətçi: “Abdullahın oğlu (Cabir)?”- deyə soruşdu. Mən: “Bəli!”- dedim. O, gedib Uneysə (Allah ondan razı olsun) xəbər verdi. Uneys libasını geyinib bayıra çıxdı və biz qucaqlaşıb görüşdük. Mən ona dedim: “Sənin Peyğəmbərdən - salləllahu aleyhi və səlləm - qisas barədə mənim eşit­mədiyim bir hədisi eşitdiyini mənə xəbər verdilər və mən qorxdum ki, bu hədisi eşitməzdən əvvəl ikimizdən birimiz ölək”. Abdullah (Allah ondan razı olsun) dedi: “Mən Peyğəmbərin - salləllahu aleyhi və səlləm - belə dediyini eşitdim: “Allah, insanları lüt-üryan, sünnət olunmamış halda və bühm vəziyyətində məhşərə toplayacaq”. Biz: “Bühm nədir?”- deyə soruşduq. O buyurdu: “Onların heç nəyi olmayacaq. Sonra onları, yaxında və uzaqda olan hər kəsin eşidə biləcəyi uca bir səslə çağı­rıb deyəcək: “Mənəm Hökmdar! Mənəm haqq-hesab çəkən! Cənnət əhlindən haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cənnətə girə bilməz. Həmçinin Cəhənnəm əhlindən haqsızlıq etmiş heç bir kimsə (əməllərinə görə) hesablaşmayınca Cəhənnə­mə girə bilməz. (Onlar) bir şillənin (belə qisasını alacaqlar)”. Biz dedik: “Bu necə ola bilər? Axı biz Allahın hüzuruna sünnət olun­mamış halda, heç nəsiz gələcəyik”. Peyğəmbər - salləllahu aleyhi və səlləm: “Savablar və günahlarla”- deyib, bu ayəni oxudu:  “Bu gün hər kəsə qazan­dığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz” (Ğafir, 17)”.[3]

 
[1] Burada heyvanlara olan müraciət qəsd olunur, çunki Qiyamət, artıq ölümdən sonra gə­lən haldır. Cinlər və insanlar Qiyamət günü aralarında hökm bitəndən sonra Cənnətə və Cəhən­nəmə yerləş­di­ri­ləcəklər.
[2] İbn Cərir “Təfsir” 30/ 17-18. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 1966) səhih ol­du­ğunu bildir­mişdir.
[3] əl-Hakim, 3638; əl-Buxari “Ədəbul-Mufrad” 970. əl-Albani həsən olduğunu bildirmişdir.