Əgər din asandırsa, niyə hər dəfə dəstəmaz aldıqda dırnaqdan lak silinməlidir?

    18.03.2014
Kimdən: 
Günay
Sual: 
Salam aleykum. Sizin cavablarda oxudum ki, siz deyirsiz ki, her detstemaz alanda dirnaqda lak temizlenmelidir. Bir terefden de deyirsiiniz ki, hedisler var Allah sizi chetinliye salmaq istemez, eksine sizin üçün asanlaşdırır. Nece olur ki, her defe ayaq yumaq vacib deyil, mesh etmek de olarsa, amma her destemaz alanda dirnaqda boya silinmelidir? Bes, meyer bu chetinlik deyil qadinlar üçün? Tesevvur edin gunde 5 defe namaz, her defe boya temizle, yeniden lak cek. Men bashqa yerde oxumusham ki, dirnaqda lakla da destemaz qebuldur. Adi bir misal; dirnaginda lak olan qadin əlini yuyanda temizlenmir ki eli? Odur ki, esas mesele temizlikdir mence...
Cavab: 

Aleykum salam. Dəstəmaz aldıqda suyun dəstəmaz yerlərinə, həmçinin, dırnaqlara da çatması vacibdir. Lakin lak dırnaqların üzərində müəyyən bir təbəqə yaradan və suyun dırnaqlara keçməsinin qarşısını alan bir maddə olduğuna görə dəstəmazdan əvvəl silinməlidir. İslam dini asan dindir. Dəstəmaz almaq, qüsl, təyəmmüm, namaz qılmaq, oruc tutmaq və başqa ibadət ayinlərinin icrası olduqca asandır. 

Paylaş: