Mizan - Tərəzi haqda

    18.09.2018
عَنْ سَلْمَان: عَنِ النَّبِيِّ ﷺ قَالَ: «يُوْضَع الْمِيزَان يَوْم الْقِيَامَة فَلَوُ وُزِنَ فِيهِ السَّمَاوَات وَالأَرض لَوَسِعَت، فَتَقُولُ الْمَلاَئِكَة: يَا رَبِّ لِمَنْ يَزِن هَذَا؟ فَيَقُولُ اللهُ تَعَالَى: لِمَنْ شِئْت مِنْ خَلْقِي، فَتَقُولُ الْمَلاَئِكَة سُبْحَانَكَ مَا عَبَدْنَاكَ حَقَّ عِبَادَتِك، وَيُوضَع الصِّرَاط مِثلَ حَدِّ الْمَوسى فَتَقُولًُ الْمَلاَئِكَة: مَنْ تُجِيزُ عَلَى هَذَا؟ فَيَقُولُ مَنْ شِئْت مِن خَلْقِي فَيَقول: سُبْحَانَكَ مَا عَبَدْنَاكَ حَقَّ عِبَادَتك»

 
Salman (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - buyurmuş­dur: “Qiyamət günü mizan-tərəzi qoyulacaq, əgər göylərlə yer onda çəkilsəydi, onlar mütləq genişlənərdi. Mələklər deyəcəklər: “Ey Rəbb! Bu tərəzi kimin üçündür?” Uca Allah buyuracaq: “Yarat­dıqlarımdan istədiyim kimsə üçün”. Mələklər deyəcəklər: “Sən pak və müqəddəssən! Biz Sənə layiqincə ibadət etmədik”. Sirat körpüsü[1] ülgücün tiyəsi kimi qoyulacaq və mələklər deyəcəklər: “Sən bunun üzərindən (keçməyə) kimə icazə ve­rəcəksən?” Allah buyuracaq: “Yaratdıqlarımdan istədiyimə”. Mələklər de­­yə­­cəklər: “Sən pak və müqəddəssən! Biz Sənə layiqincə ibadət etmə­dik”.[2]

 
[1] Sirat körpüsü - Cəhənnəmin üstündən salınmış körpünün adıdır. Qiyamət günü adam­lar onun üstündən keçməlidir. Bu körpü tükdən nazik və qılıncın tiyəsindən itidir. Onun üstün­də günahkar insanları qamarlayıb Cəhənnəmə atmaq üçün qarmaqlar sallanır.
[2] əl-Hakim, 8739. əl-Albani “Silsilətul-Əhədisis-Sahiha”da (№ 941) səhih olduğunu bildirmişdir.