Dünyada nemət görən kafirin Axirətdəki halı

    18.09.2018
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ قَالَ رَسُولُ اللَّهِ ﷺ «يُؤْتَى بِأَنْعَمِ أَهْلِ الدُّنْيَا مِنْ أَهْلِ النَّارِ يَوْمَ الْقِيَامَةِ فَيُصْبَغُ فِى النَّارِ صَبْغَةً ثُمَّ يُقَالُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ خَيْرًا قَطُّ هَلْ مَرَّ بِكَ نَعِيمٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ. وَيُؤْتَى بِأَشَدِّ النَّاسِ بُؤْسًا فِى الدُّنْيَا مِنْ أَهْلِ الْجَنَّةِ فَيُصْبَغُ صَبْغَةً فِى الْجَنَّةِ فَيُقَالُ لَهُ يَا ابْنَ آدَمَ هَلْ رَأَيْتَ بُؤْسًا قَطُّ هَلْ مَرَّ بِكَ شِدَّةٌ قَطُّ فَيَقُولُ لاَ وَاللَّهِ يَا رَبِّ مَا مَرَّ بِى بُؤُسٌ قَطُّ وَلاَ رَأَيْتُ شِدَّةً قَطُّ»

 
Ənəs ibn Məlik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Qiyamət günü Cəhənnəm əhlindən olan, dünyada ən çox nemət verilən (bir adam) gətiriləcək və bir dəfə Oda salınacaq. Sonra ona deyiləcək: “Ey Adəm övladı! Bir xeyir gördünmü? Sənə bir nemət gəldimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb!”- deyəcək. Sonra Cənnət əh­lindən olan, dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və bir dəfə Cənnətə salınacaq. Ona deyi­ləcək: “Ey Adəm övladı! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?” O da: “Xeyr! Vallahi, ya Rəbb! Mənə bir müsibət gəl­mədi və bir sıxıntı da görmədim”- deyəcək”.[1]

 
[1] Muslim, 2807, 5021, 7266.