Bəzilərinə Qiyamət gününün qısa görsənməsi
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Siz Qiyamət günü bir yerə toplanacaqsınız. Belə deyiləcək: “Bu ümmətin kasıb və miskinləri hardadır?” Onlar ayağa qalxacaqlar və onlara deyiləcək: “Nə etdiniz?” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən bizi sınağa çəkdin, biz də səbr etdik. Sən var-dövləti və hakimiyyəti başqalarına verdin”. Allah deyəcək: “Doğru dediniz!” Onlar (bütün) insanlardan qabaq Cənnətə daxil olacaqlar. Var-dövlət və hakimiyyət sahibi olub şiddətli sorğu-sual olunanlar isə qalacaqlar”. Səhabələr Peyğəmbərdən salləllahu aleyhi və səlləm soruşdular: “O gün möminlər harada olacaqlar?” O buyurdu: “Onlar üçün nurdan kürsülər qoyulacaq və buludlar onların üstünə kölgə salacaq. O gün möminlərə günün bir saatı qədər qısa olacaq”.[1]