Qiyamət günü Allah üç sinif insanı danışdırmayacaq

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ عَنِ النَّبِىِّ ﷺ قَالَ «ثَلاَثَةٌ لاَ يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ، وَلاَ يَنْظُرُ إِلَيْهِمْ رَجُلٌ حَلَفَ عَلَى سِلْعَةٍ لَقَدْ أَعْطَى بِهَا أَكْثَرَ مِمَّا أَعْطَى وَهْوَ كَاذِبٌ، وَرَجُلٌ حَلَفَ عَلَى يَمِينٍ كَاذِبَةٍ بَعْدَ الْعَصْرِ لِيَقْتَطِعَ بِهَا مَالَ رَجُلٍ مُسْلِمٍ، وَرَجُلٌ مَنَعَ فَضْلَ مَاءٍ، فَيَقُولُ اللَّهُ الْيَوْمَ أَمْنَعُكَ فَضْلِى، كَمَا مَنَعْتَ فَضْلَ مَا لَمْ تَعْمَلْ يَدَاكَ»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Üç sinif insan vardır ki, Qiyamət günü Allah onları danışdırma­yacaq və üzlərinə baxmayacaqdır; (müştəriyə) yalandan and içib, (guya) satdığı mala onun verdiyi puldan daha çox pul verildiyini deyən kimsə; axşamçağı (bayıra çıxıb) bir müsəlmanın malını mənim­səmək məqsədilə yalandan and içən kimsə; (cürdəyində qalmış) artıq sudan başqalarına verməyən kimsə. (Beləsinə) Allah buyu­racaq: “Sən əllərinlə yaratmadığın bir şeyin artığını (başqasından) əsirgədiyin kimi, bu gün də Mən Öz mərhəmətimi səndən əsir­gəyəcəyəm!”[1]

 
[1] əl-Buxari, 2369, 6892, 7446.