Cənnətin çətinliklərlə, Cəhənnəmin isə şəhvətlərlə əhatə olunması

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ رَسُولَ اللَّهِ ﷺ قَالَ: «لَمَّا خَلَقَ اللَّهُ الْجَنَّةَ قَالَ لِجِبْرِيلَ: اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ إِلاَّ دَخَلَهَا ثُمَّ حَفَّهَا بِالْمَكَارِهِ ثُمَّ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَدْخُلَهَا أَحَدٌ». قَالَ: «فَلَمَّا خَلَقَ اللَّهُ النَّارَ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لاَ يَسْمَعُ بِهَا أَحَدٌ فَيَدْخُلُهَا فَحَفَّهَا بِالشَّهَوَاتِ ثُمَّ قَالَ: يَا جِبْرِيلُ اذْهَبْ فَانْظُرْ إِلَيْهَا. فَذَهَبَ فَنَظَرَ إِلَيْهَا ثُمَّ جَاءَ فَقَالَ: أَىْ رَبِّ وَعِزَّتِكَ لَقَدْ خَشِيتُ أَنْ لاَ يَبْقَى أَحَدٌ إِلاَّ دَخَلَهَا»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Allah Cənnəti yaradanda Cəbrailə buyurdu: “Get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ey Rəbbim! İzzətinə and ol­sun ki, onun haqqında eşidən hər kəs ora daxil olacaq”. Sonra Allah onu çətinliklərlə əhatə etdi və buyurdu: “Ey Cəb­rail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ey Rəbbim! İzzətinə and olsun ki, heç kimin ora daxil ola bilmə­yəcəyindən qorxdum”. Allah Cəhənnəmi yaradanda isə bu­yur­du: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qa­yı­dıb dedi: “Ey Rəbbim! İzzətinə and olsun ki, onu eşidən heç bir kəs ora daxil olmaz”. Sonra Allah onu şəh­vət­lərlə əhatə etdi və buyurdu: “Ey Cəbrail, get ora bax!” O da gedib ora baxdı, sonra qayıdıb dedi: “Ey Rəbbim! İzzətinə and ol­sun ki, hər kəsin ora daxil olacağından qorxdum”.[1]

 
[1] Əbu Davud, 4119, 4746. əl-Albani həsən səhih olduğunu bildirmişdir.