Cənnətlə Cəhənnəmin höcətləşməsi

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ قَالَ قَالَ النَّبِىُّ ﷺ «تَحَاجَّتِ الْجَنَّةُ وَالنَّارُ فَقَالَتِ النَّارُ أُوثِرْتُ بِالْمُتَكَبِّرِينَ وَالْمُتَجَبِّرِينَ. وَقَالَتِ الْجَنَّةُ مَا لِى لاَ يَدْخُلُنِى إِلاَّ ضُعَفَاءُ النَّاسِ وَسَقَطُهُمْ. قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى لِلْجَنَّةِ أَنْتِ رَحْمَتِى أَرْحَمُ بِكِ مَنْ أَشَاءُ مِنْ عِبَادِى. وَقَالَ لِلنَّارِ إِنَّمَا أَنْتِ عَذَابٌ أُعَذِّبُ بِكِ مَنْ أَشَاءُ مِنْ عِبَادِى. وَلِكُلِّ وَاحِدَةٍ مِنْهُمَا مِلْؤُهَا، فَأَمَّا النَّارُ فَلاَ تَمْتَلِئُ حَتَّى يَضَعَ رِجْلَهُ فَتَقُولُ قَطٍ قَطٍ قَطٍ. فَهُنَالِكَ تَمْتَلِئُ وَيُزْوَى بَعْضُهَا إِلَى بَعْضٍ، وَلاَ يَظْلِمُ اللَّهُ  Uمِنْ خَلْقِهِ أَحَدًا، وَأَمَّا الْجَنَّةُ فَإِنَّ اللَّهَ عز و جل يُنْشِئُ لَهَا خَلْقًا»

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “(Bir dəfə) Cənnətlə Cəhənnəm höcətləşdi.[1] Cəhənnəm dedi: “Mən (məx­­susi olaraq) inadkarlardan və təkəbbürlülərdən ötrü yaradıl­mışam”. Cənnət dedi: “Mənə nə olub ki, içimə ancaq zəif və aciz (görünən) adamlar girsin?”[2]  Onda Uca Allah Cən­nətə buyurdu: “Sən Mənim rəhmə­tim­sən, Mən sənin vasitənlə qullarımdan dilədiyim kimsəyə rəhm edə­rəm”. Sonra Cəhənnəmə buyurdu: “Sən də Mənim əzabımsan, Mən sənin vasitənlə qulla­rım­dan dilədiyim kimsəyə əzab verərəm. Onların hər biri (kifayət qədər insan və cinlə) doldurulacaq”. Cəhənnəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qoyacaq və o: “Yetər, yetər!”- deyəcək. Onda o, artıq dolacaq və (içindəkiləri) qaplayacaq. Uca Allah qullarından heç kəsə zülm etməz. Cənnətə gəlincə, Uca Allah onun (dolması) üçün başqa varlıqlar yara­dacaq”.[3]

 
[1] Mö­min­lər iman gətirirlər ki, hər şeyə qadir olan Allah nəinki beşikdəki körpə­ni, hətta cansız olanla­rı belə danışdırmağa qadirdir. Uca Allah buyurur: “Yer titrəyib lərzəyə gələ­cəyi zaman, yer öz yükünü bayıra ata­cağı və insan: “Ona nə olub?”– deyə­cəyi zaman – həmin gün yer öz əh­va­lat­larını da­­nışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir” (Zəlzələ, 1-5); həmçinin, O, buyurur: “Allaha düşmən kəsilənlər Cəhən­nə­mə (sürüklənib) topla­nı­la­caq­la­rı günə qə­dər (bir yerdə) saxlanacaqlar. Nəhayət, onlar oraya gəl­dikləri za­man qulaqları, göz­lə­ri və də­riləri et­dik­ləri əməllər ba­rəsində onların əley­hinə şa­hid­lik edə­cək­dir. Onlar öz dərilərinə: “Nə üçün əley­himizə şahidlik edir­si­niz?”– deyə­cək­lər. (Dəriləri) de­yəcək: “Hər şeyi da­nışdıran Allah bi­zi da­nışdırdı” (Fussilət, 19-21). Hədisdə isə Pey­ğəmbər ﷺ demişdir: “(Bir dəfə) Cən­nətlə Cəhən­nəm höcətləşdi. Cəhənnəm dedi: “Mən (məxsusi olaraq) inad­kar­lar­dan və təkəbbürlülərdən ötrü yaradılmışam.” Cənnət de­di: “Nəyə görə, mənə ancaq zəif və aciz (görünən) adamlar daxil olmalıdır?” Onda Uca Allah Cən­nətə bu­yurdu: “Sən Mə­nim rəhmətimsən, Mən sənin vasitənlə qul­la­rım­dan dilədiyim kimsəyə rəhm edə­rəm.” Sonra Cə­hənnəmə buyurdu: “Sən də Mənim əzabım­san, Mən sənin va­sitənlə qullarımdan dilə­diyim kim­sə­yə əzab verirəm.” Onların hər biri (kifayət qədər insan və cinlə) dol­du­ru­la­caq. Cəhən­nəm ancaq o zaman dolacaq ki, Allah Öz Ayağını onun üstünə qo­ya­caq və o: “Yetər, yetər!”– deyəcək. Onda o, artıq dolacaq və (için­də­ki­lə­ri) qaplayacaq. Uca Allah Öz qullarından heç kəsə zülm etməz. Cən­nətə gəlincə, Uca Allah onun (dolması) üçün başqa var­lıq­lar yaradacaq” (əl-Buxari, 4850).
[2] Burada insanların gözündə zəif və kasıb olanlar, əslində isə qəlbləri zəngin və Allah yanında hörmətli olanlar qəsd edilir. Belələri barədə Peyğəmbər ﷺ demişdir: “Ola bilsin ki, saçları dağınıq, üst-başı toz-torpaq içində olan və qapıdan qovulan bir kasıb Allaha and verib istəsin, Allah da ona istədiyini versin” (Səhih Muslim, 2854); digər rəvayətdə: “Allahdan Cənnəti istəsə, Allah ona istədiyini verər”– deyilir (Mocəmul-Ovsat, 2/177/2; Silsilətul-Əhadisis-Səhihə, 2643). Lakin bu o demək deyil ki, Cənnətə ancaq zəiflər və kasıblar girəcək, yox, zənginlər və güclülər də girəcək. Sadəcə olaraq, kasıblar onlardan daha tez Cənnətə daxil olacaqlar.
[3] əl-Buxari, 4472, 4569, 4850; “Ədəbul-Mufrad” 554, 589.