Cənnətə sorğu-sualsız girənlər
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - dedi: “Həcc mövsümündə mənə ümmətlər göstərildi. Mənim ümmətimin çoxluğu xoşuma gəldi. Dağlara və düzənliklərə doluşmuşdular. Mələklər dedilər: “Ey Muhəmməd! Razı qaldınmı?” Peyğəmbər - salləllahu aleyhi və səlləm - dedi: “Bəli, ey Rəbbim!” Allah buyurdu: “Onların arasında yetmiş min nəfər vardır ki, onlar sorğu-sualsız Cənnətə girəcəkər. (Bunlar) o kəslərdir ki, (heç kəsdən) ofsun oxumağı diləməzlər, dağlanmazlar, (əlamətləri) uğursuzluğa yozmazlar və yalnız özlərinin Rəbbinə təvəkkül edərlər”. Ukkaşə y dedi: “Allaha yalvar ki, məni onlardan etsin!” Peyğəmbər salləllahu aleyhi və səlləm dedi: “Allahım! Bunu onlardan et!” Başqa bir kişi dedi: “Allaha yalvar ki, məni onlardan etsin!” O dedi: “Bu işdə Ukkaşə səni qabaqladı”.[1]