Cənnətdə əkinçiliklə məşğul olmaq istəyən haqda

    18.09.2018
عَنْ أَبِى هُرَيْرَةَ أَنَّ النَّبِىَّ ﷺ كَانَ يَوْمًا يُحَدِّثُ وَعِنْدَهُ رَجُلٌ مِنْ أَهْلِ الْبَادِيَةِ «أَنَّ رَجُلاً مِنْ أَهْلِ الْجَنَّةِ اسْتَأْذَنَ رَبَّهُ فِى الزَّرْعِ فَقَالَ لَهُ أَلَسْتَ فِيمَا شِئْتَ قَالَ بَلَى وَلَكِنِّى أُحِبُّ أَنْ أَزْرَعَ. قَالَ فَبَذَرَ فَبَادَرَ الطَّرْفَ نَبَاتُهُ وَاسْتِوَاؤُهُ وَاسْتِحْصَادُهُ، فَكَانَ أَمْثَالَ الْجِبَالِ فَيَقُولُ اللَّهُ دُونَكَ يَا ابْنَ آدَمَ، فَإِنَّهُ لاَ يُشْبِعُكَ شَىْءٌ». فَقَالَ الأَعْرَابِىُّ وَاللَّهِ لاَ تَجِدُهُ إِلاَّ قُرَشِيًّا أَوْ أَنْصَارِيًّا، فَإِنَّهُمْ أَصْحَابُ زَرْعٍ، وَأَمَّا نَحْنُ فَلَسْنَا بِأَصْحَابِ زَرْعٍ. فَضَحِكَ النَّبِىُّ ﷺ

 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə bədəvilərdən birisi Peyğəm­bərin - salləllahu aleyhi və səlləm - yanında ikən Peyğəmbər - salləllahu aleyhi və səlləm - belə bir hədis danışdı: “Cənnət əhlindən biri Rəbbindən orada əkinçiliklə məşğul olmaq üçün izn istəyəcək”. (Rəbbi ona) buyuracaq: “Məgər istədiklərinə nail olmamısan?” Adam deyəcək: “Elədir, lakin mən əkin əkməyi sevirəm”. (Onda ona izn veriləcək və o) torpağa toxum səpəcək. Toxumlar bir göz qırpımında cücərib yetişəcək və bol məhsul verəcək; (o məhsul) dağ boyda olacaq”. Onda Allah ona buyura­caq: “Götür onları, Ey Adəm övladı! Həqiqətən, heç bir şey sənin gözünü doydura bilməz”. (Peyğəmbərin salləllahu aleyhi və səlləm yanındakı) bədəvi dedi: “Vallahi, bu adam olsa-olsa ya qureyşdən, ya da ənsardan olan bir kimsə olacaq. Əkinçiliklə məşğul olan onlardır, biz yox”. Peyğəmbər - salləllahu aleyhi və səlləm - (onun bu sözünə) gülümsədi”.[1]

 
[1] əl-Buxari, 2177, 2221, 2348.