Pişiyə görə əzaba düçar olan qadın

    18.09.2018
عَنْ عَبْدِ اللَّهِ ابْنِ عُمَر أن رَسُولُ اللَّهِ ﷺ قَالَ: «عُذِّبَتِ امْرَأَةٌ فِى هِرَّةٍ حَبَسَتْهَا حَتَّى مَاتَتْ جُوعًا فَدَخَلَتِ فِيهَا النَّارَ قَالَ الله: لاَ أَنْتِ أَطْعَمْتِيهَا وَ (لاَ) سَقَيْتِيهَا حِينَ حَبَسْتِيهَا وَلاَ أَنْتِ أَرْسَلْتِيهَا فَأَكَلَتْ مِنْ خَشَاشِ الأَرْضِ»

 
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “Pişiyə görə bir qadına əzab verildi. Qadın onu ölənə qədər ac saxlamışdı.[1] Elə buna görə də Cəhənnəmə girdi.[2] Allah ona deyəcək: “Sən o pişiyi tutub saxladığın zaman ona nə yemək, nə də su ver­din. Nə də onu azad buraxdın ki, gedib yer üzündəki həşərat­lar­dan yesin”.[3]

 
[1] Digər rəvayətdə: “(evə salıb) ağzını kilidləmişdir”– deyilir (əl-Buxari, 3482; Muslim, 2242). Bundan aydın olur ki, qadın bunu bilərəkdən etmişdir.
[2] Əsma bint Əbu Bəkr (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər ﷺ günəş tutulduğu za­man kusuf na­mazını qılmış və namazını bitirdikdən sonra demiş­dir: “Cən­nət mənə o qədər yaxınlaşdı ki, əgər ona (əl uzatmağa) ixtiyarım ol­say­dı, oradakı salxımlar­dan birini sizə gətirərdim. Habelə, Cəhən­nəm də mənə o qədər yaxınlaşdı ki, axırda mən dedim: “Ey Rəbbim, yoxsa məni də on­larla bir yerə salacaqsan?” Birdən mən bir qadın gördüm və soruşdum ki: “Bu qa­dı­nın günahı nədir?” (Mənə) dedilər: “Bu qadın pişiyi acın­dan ölənə­dək evdə həbs etmiş, ona nə yemək vermiş, nə də onu sərbəst buraxmışdır ki, gedib özünə yemək tapsın” (əl-Buxari, 745).
[3] Cəlaləddin əs-Suyuti “Cəmius-Sağir” 7442. əl-Albani “Sahihul-Cəmius-Sağir”də (№ 3995) səhih ol­du­ğunu bildirmişdir.