Allahın sevdiyi üç şəxs
Əbud-Dərdə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - salləllahu aleyhi və səlləm - demişdir: “Üç qism insan vardır ki, Allah onları sevir, onlara gülür və onlara görə sevinir. Onlardan biri o kimsədir ki, (bir dəstənin tərkibində döyüşə gedir, dəstənin düşmən tərəfindən) məğlub olduğunu gördükdə, ya Allah yolunda öldürüləcəyini, ya da Uca Allahın onu qalib edib qoruyacağını (düşünərək) dəstənin arxasında Uca Allah üçün təkbaşına döyüşür”. Bu zaman Uca Allah buyurur: “Bu qulumun Mənim üçün təkbaşına necə səbir etdiyinə baxın!” Həmçinin, o kimsə ki, gözəl qadına və rahat yatağa sahib olub gecə vaxtı (yatağından ibadətə) qalxır. Allah buyurur: “O, şəhvətini tərk edib Məni zikr edir, halbuki, əgər istəsəydi yatardı”. Həmçinin, o kimsə ki, yoldaşları ilə birlikdə səfərə çıxır. Yoldaşları gecənin bir hissəsini oyaq qalıb sonra yatırlar. O isə çətinlikdə də, rahatlıqda da (gecənin əvvəlini yatır), gecənin son üçdə birində isə (ibadətə) qalxır”.[1]