Təvazökar olmağın fəziləti
Ömər (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər - salləllahu aleyhi və səlləm - ovcunu yerə tərəf yaxınlaşdıraraq dedi: “Uca Allah buyurur: “Mənim üçün bu cür təvazökar olanı Mən belə ucaldaram”. Peyğəmbər salləllahu aleyhi və səlləm bunu deyərək ovcunu səmaya qaldırdı”.[1]
İyad ibn Himər (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - dedi: “Allah mənə vəhy etdi ki, bir-birinizə qarşı təvazökar olun, bir-birinizə təcavüz etməyin və bir-birinizin yanında lovğalanmayın”. Mən dedim: “Ey Allahın Elçisi! De görüm, əgər bir nəfər məni məndən də çox nöqsanı olan bir toplum içində söysə, mən də ona cavab qaytarsam, buna görə günah qazanarammı?” O buyurdu: “Söyüşən iki nəfər, bir-birini təqsirləndirən və bir-birinə yalan söyləyən iki şeytandır”.[2]
İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - demişdir: “Elə bir Adəm oğlu yoxdur ki, onun başında olan hikmət bir mələyin əlində olmasın. O, təvazökar olduqda mələyə belə deyilir: “Onun hikmətini artır!” O, təkəbbürlük etdikdə isə mələyə belə deyilir: “Onun hikmətini burax!”[3]