Aşura günü edilən bidətlər hansılardır?

    13.11.2018
Sual: 
salam aleykum. Aşura günündə edilən bidətlər hansılardır?
Cavab: 

Va aleykum Salam. Bidət sonradan dinə gətirilən yenilik deməkdir. Aşura günü yas saxlamaq və bununla əlaqədər mərsiyələr oxumaq, bayraqlar asmaq, zəncirlə özünü döymək və s. əməllər etmək dinimiz tərəfindən buyurulmayan, sonradan dinə salınan bidətlərdir. Bidət ən böyük günahlardandır və belə əməllər qəbul edilmir. Peyğəmbər - Allahın ona salavatı və salamı olsun - bidətləri qadağan edərək demişdir: "...Ən xeyirli kəlam Allahın Kitabı və yolların ən xeyirlisi Muhəmmədin yoludur. İşlərin ən şərlisi (dində) edilən yeniliklərdir (bidətlər) və şübhəsiz ki, hər bir yenilik zəlalətdir. Hər bir zəlalət isə Cəhənnəm odundadır". (Muslim, İmam Əhməd, 1/ 435). O həmçinin demişdir: “Bizim bu işimizə ondan olmayan bir şeyi əlavə edənin əməli rədd olunur.” (Səhih əl-Buxari, 2697). Həmçinin oxuyun:
Bidət nədir? 
Məhərrəm ayında yas saxlamaq olarmı?
İmamlarımızın mövludu və ya vəfat etdikləri günlərdə nə etmək lazımdır?
Məsciddə mərsiyə demək düzgündürmü?
Aşura gecəsi nə etmək lazımdır?

 

Paylaş: