Su olmadıqda hər namazda təyəmmüm almaq vacibdir?
Sual:
Salam aleykum. Men yeni aile qurmusham. Kend sheraitinde yashadigim uchun her defe boynuma qusl gelen zaman qusl ala bilmirem. Hem havanin soyuqlugu hemde sherait olmadigi uchun teyemmum edirem. Her namaz vaxti teyemmum almaq vacibdirmi?
Cavab:
Aleykum salam. Dəstəmazı pozan amillər təyəmmümü də pozur. Bu səbəbdən, həmin amillər baş verməyibsə, hər namazda yenidən təyəmmüm almağa ehtiyac yoxdur. Lakin nəzərə alın ki, su və şərait olduqda, mütləq qüsul alınmalıdır.