Aldandığıma görə verdiyim borcu təyin olunmuş vaxtdan əvvəl geri ala bilərəmmi?
Və aleykum Salam.
1. Uca Allah buyurur: "O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!" (əş-Şuəra, 88-103).
Qiyamət günü insana iman və xeyirxah əməllərdən başqa heç bir şey fayda verməyəcək. İnsan var-dövləti Allahın buyurduğu şəkildə xərclədiyinə və ailəsinə baxdığına görə savab əldə edəcək. Var-dövlət və ailə neməti öz-özlüyündə deyil, yalnız əməl baxımından ona fayda verəcək. Qiyamət günü insan canı hayında olacaq və dünyada olan qohumluq, dostluq və digər bütün əlaqələr kəsiləcək. İnsana nə atası, qardaşı, nə də övladları yardım etmək iqtidarında olacaq. Həmçinin, insanın dünyadakı nüfuzu, var-dövləti onu cəhənnəm əzabından xilas edə bilməyəcək. Həmçinin oxuyun:
Üç qızı olan Cənnətə girəcəkmi?
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?
2. İnsan verdiyi sözə və bağladığı əhdə sadiq olmalıdır. Uca Allah buyurur: "Əhdə vəfa edin! Çünki (hər kəs) əhd barəsində sorğu-sual olunacaqdır". (əl-İsra, 34).
Ancaq insan nəyisə söz verər və ya əhd bağlayar, sonra aldadıldığını bilərsə, əhdini poza bilər. Həmçinin oxuyun:
İslam fiqhi: BORC, BORC VERMƏYİN FƏZİLƏTİ, BORCU VAXTINDA QAYTARMAQ VƏ S.