Üç qızı olan Cənnətə girirmi və digər suallar

    19.07.2016
Sual: 
Salam1Mollanın uşağın qulağına adını deməsi düzgündü?2Müvəqqəti döymə olar?3Yeməyi bitirdikdən sonra Allah artıq eləsin demək olar?4Allahın adını hansısa uşağa qoyduqda adın qarşısına Əbdür sözü əlavə etmək olar?5Beynindən musiqinin keçməsi və yaxud ürəyimdə züm-zümə etsəm günah sayılır?6Kiməsə gülü verdikdə onun cüt və tək olmasının fərqi var?7Üç qızı olan cənnətə daxil olar sözü doğrudur?8Çörəyi bıçağla kəsmək olar?9Suyu içdikdə yeməkdə olduğu kimi bismilləh demək olar?10Ayaq üstündə yemək yemək və su içmək olar?11.El arasında deyilən ağ əti yemək olar?Yəni qoyun əti bizə halaldı.Amma qoyun ətinin elə bir hissə varki o yeri haramdı?12Uşağın əvvəlcədən cinsini öyrənmək olar?Sağ olun.Təşəkkü
Cavab: 

Va aleykum Salam.

  1. Uşağın adını qulağına deməyə ehtiyac yoxdur. Sadəcə ad qoyulur. Daha ətraflı: Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər
  2. Döymənin hər bir növü haramdır. Daha ətraflı: Bədənə döymə etdirmək olarmı?
  3. Daha yaxşı olar ki, peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) öyrətdiyi duaları deyəsiniz. Bu cavabları oxuyun:
  4. Allahın adlarını insana qoyanda qarşısına "Abd" (Qul) sözünü qoymaq lazımdır. Məs: Abdur-Rahmən - Rahmənin qulu və s. Daha ətraflı: Oğlan uşaqlarına Allahın və Quran surələrinin adlarını qoymaq olarmı?
  5. Beyindən keçən fikirlərə görə günah yazılmır. Amma musiqini zümzümə etməkdən çəkinmək lazımdır.
  6. Kiməsə gül verərkən bunun sayının cüt və ya tək olmasının əhəmiyyəti yoxdur və bu şeylər xurafatdır.
  7. Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Üç qızı olan kimsə qızlarına qarşı səbirli olarsa, onları imkanı daxilində yedirdib-içirdər və geyindirərsə, Qiyamət günü qızları Cəhənnəmlə onun arasında pərdə olarlar". (İbn Məcəh, 3669). Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Kimin üç qızı olsa, onlara qayğı göstərsə, onlara yaxşı baxsa və onlara rəhm etsə, Cənnətə daxil olmaq ona vacib olar". Camaatın ara­sından bir kişi dedi: "Ey Allahın Elçisi! İki qızı olana da?" O dedi: "İki qızı olana da!" (əl-Buxari "Ədəbu-l-Mufrad" kitabı, 78). Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Elə bir kimsə yoxdur ki, onun üç qızı və ya üç bacısı olsun, on­la­ra yaxşı baxsın və Cənnətə daxil olmasın". Bu hədislərə diqqətlə nəzər salsaq görərik ki, qız uşağına, habelə, ba­cıya "baxmaq" deyildikdə, onlara himayə etmək, onların qayğısına qalmaq, onlara yaxşı­lıq etmək, var-dövlətdən onlara xərcləmək, səbir edib onları böyütmək və on­lara rəhm et­mək qəsd edilir. Digər hədisdə rəvayət edilir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) orta barmağıyla şəhadət barmağını yan-ya­na azacıq aralı tutub demişdir: "Üç qızı və ya üç bacısı olan kimsə Allah­dan qorxub onla­rın qeydinə qalsa, Cənnətdə mənə (bu cür) yaxın olar". (Əbu Ya'lə: "Musnəd", 1/170; Sisilə­tu-l-Əhədisi-s-Sahihəti" əsəri, 295). Bu xislət yalnız müsəlmana aiddir. Bilmək lazımdır ki, bu heç kimi gündəlik beş vaxt namaz, Ramazan ayında oruc tutmaq kimi fərz olan ibadətlərdən azad etmir.
  8. Çörəyi bıçaqla kəsməkdə heç bir qəbahət yoxdur.
  9. Yemək yeməzdən qabaq "Bismilləh" demək, həmin yemək əsnasında içilən suya da aiddir. Yəni, suyu içərkən əlavə olaraq "Bismilləh" deməyə ehtiyac yoxdur. Lakin, ayrıca olaraq su içdikdə "Bismilləh" deməlisiniz.
  10. Yemək oturaraq yeyilməlidir. İstisna halı da ola bilər. Ayaq üstə su içmək bəyənilmir. İmkan daxilində oturaq halda için. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ayaq üstə yalnız zəmzəm suyunu içərdi.
  11. Ətinin yeyilməsi icazəli olan heyvanların hansısa hissəsinin haram olmasına aid heç bir dəlil yoxdur, ağ ət də bura aiddir.
  12. Əgər bu prosedur baha deyilsə, doğulmazdan əvvəl uşağın cinsini öyrənmək olar. Əks təqdirdə israfçılığa yol vermiş olursunuz, çünki bunu bilmək heç nəyi dəyişmir.
Teqlər: 
Paylaş: