Oğlan uşaqlarına bu adları qoymaq olarmı?

    04.09.2014
Sual: 
Salam aleykum..oglan uwagina Allahin adlarini qoymaq olarmi??? Meselen Fettah adini....? Birde ki niye Quran ayelerin adini qoymaq beyenilmir islamda?? Meselen Yasin adi Fatih adi???
Cavab: 

Aleykum salam. Ümumiyyətlə Uca Allahın adları ilə dua etmək və bu adların əvvəlinə "Abd" sözünü əlavə edib, insana ad qoymaq icazəlidir. Amma sifətlər ilə bunu etmək olmaz. Məsələn, “əl-Kərim” adından "Abdul-Kərim" adı qoymaq olar, amma "əl-Kəram" sifətindən "Əbdul-Kəram" adı düzəltmək olmaz. Həmçinin "əl-Kərim" adını "Ey Kərim olan Allah" deyərək, dua etmək olar. Amma "əl-Kəram" sifətini "Ey Allahın kərəmi" deyib, dua etmək olmaz. Odur ki, "əl-Fəttah" sözünün əvvəlinə "abd" sözünü qoymaqla övladınızı Abdul-Fəttah adlandıra bilərsiniz.
Quran surələrinin adlarını uşaqlara qoymağın bəyənilməməsi isə müxtəlif hallara görədir. Məsələn, gələcəkdə kimsə həmin insanın adını çəkərək söysə və ya pis ifadə işlətsə, Quran surəsinin adını çəkərək bunu etmiş olacaq.

Teqlər: 
Paylaş: