70. Yeməkdən sonra edilən dua
[Əlhəmdu lilləhi-l-ləzi ət'aməni həzə va razəqanihi min ğayri havlin minni va lə quvvatin]
«Bunu mənə yedirdən və özüm heç bir qüdrət və güc sərf etmədən onu mənə bəxş edən Allaha həmd olsun!»[1]
[Əlhəmdu-li-l-ləhi həmdən kəsiran tayyibən mubərakan fihi ğayra [məkfiyyin va lə] muvaddəin va lə mustağnən anhu Rabbənə]
«Rəbbimiz Allaha həmd olsun! (Özü də) çoxlu, xoş, mübarək, [sonsuz], ardı-arası kəsilməyən, onsuz keçinmək mümkün olmayan bir həmd!»[2]