69. Yeməyə başlayarkən edilən dua
«Sizlərdən biri yemək yeməyə başlayarkən:
[Bismi-l-ləh]
«Allahın adı ilə!» desin. Əgər əvvəldə bunu unutsa, onda:
[Bismi-l-ləhi fi əvvalihi va əxirihi]
«Əvvəlində də, axırında da Allahın adı ilə!» desin.[1]
Qoy Allahın yemək verdiyi kimsə [belə] desin:
[Allahummə bərik lənə fihi va at'imnə xayran minhu]
«Allahım! Bunu bizim üçün bərəkətli et və bizə bundan daha xeyirlisini nəsib eylə!»
Allahın süd nəsib etdiyi kimsə isə [belə] desin:
[Allahummə bərik lənə fihi va zidnə minhu]
« Allahım! Bunu bizim üçün bərəkətli et və bundan bizə çox nəsib eylə!»[2]