Dəvənin yaradılışı haqqında yaza bilərsinizmi?
Və aleykum Salam. Uca Allah buyurur: "Məgər onlar dəvənin necə yaradıldığını görmürlər?" (əl-Ğaşiyə, 17).
Bu ayədə Uca Allah insanların nəzər-diqqətini dəvənin yaradılışına yönəldir. Məgər onlar dəvənin yaradılışına nəzər salıb onun iri və ağır yük daşıyan heyvan olduğunu, uzaq məsafələri qət etdiyini, ağır yükləri belinə almaq üçün diz çökdüyünü, sonra heç kəsin köməyinə möhtac olmadan necə ayağa durduğunu görmürlərmi? Adətən başqa heyvanlar diz çökdükdə bellərinə qoyulan ağır yüklə ayağa durmağa çətinlik çəkir, lakin Uca Allah dəvəni insanın işinə yarasın deyə qüvvətli yaratmışdır. Dəvə hündür heyvan olduğuna görə üzərinə yük qaldırıb qoymaq olmur. Buna görə də Uca Allah onun diz çökdüyü halda üzərinə yük qoymağı, sonra onun ayağa durub yükü daşımağı insanların mənfəəti üçün asanlaşdırmışdır. Uca Allahın burada heyvanlardan ancaq dəvəni qeyd etməsi onun mənfəət baxımından digərlərindən üstün olması ilə əlaqədardır. Həqiqətən, dəvənin yaradılışı və forması qəribədir. Onun əti yeyilir, südü içilir, yunundan da istifadə olunur.