Anam hicab bağlamağıma icazə vermədiyinə görə günah qazanırmı?

    20.11.2018
Sual: 
Salam menim 13 yasim var namaz qiliram ve hicab baglamagi cox isteyirem anama bu barede deyirem o mene deyirki hele tezdi bir az boyu sonra amma men gozlemek istemirem bunu anama ve mene gunahi varmi?
Cavab: 

Va aleykum Salam. İslama görə həddi-büluğa çatan qadına hicab bağlamaq vacibdir. Allahın vacib buyurduqlarını yerinə yetirməmək və ya yerinə yetirənə mane olmaq isə böyük günahdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Xaliqə (yaradana) asi olmaqda məxluqa (yaradılmışa) itaət edilməz". (İmam Əhməd, 1095). Daha ətraflı:
Nə qədər dua etsəmdə, anam hicab bağlamağıma icazə vermir
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Hicab - azadlıqdır!

Paylaş: