Yerdə cızılan dördbucaq

    16.03.2014

Rəvayət edilir ki, Abdullah ibn Məsud demişdir: “Bir dəfə Peyğəm­bər ona və ailəsinə Allahın salavatı və salamı olsun - yerdə dördbucaq cızdı. Sonra onun ortasından xaricinə düz bir xətt çəkdi. Daha sonra dördbucağın içindəki həmin düz xəttə kimi qısa-qısa xət­lər cızdı. Bundan sonra belə buyurdu:
“Bu, insandır; bu, onu əhatəsinə al­mış əcəli, bu çölə çıxan xətt onun arzuları, bu qısa xətlər isə qədərinə ya­zıl­mış müsibətlərdir. Əgər bu onu haqlamasa, o biri onu yaxalayar, o biri onu haqlamasa, bu biri onu yaxalayar.” (əl-Buxari, 6417)

Paylaş: