Həyat yoldaşım əvvəllər sevdiyi qadınla əlaqə saxladığına görə ondan boşana bilərəmmi?

    24.11.2018
Sual: 
Salam. Yoldaşım başqa qadınla məktublaşır və telefonla əlaqə saxlayır,bu qadın keçmişdə onu sevdiyi insan olub. Mən bunu bilirəm və onu bağışlaya bilmirəm,yoldaşım özüdə bunu bilir.Çalışıram heç onunla danışmayım və yaxınlıq etmirəm.Amna mənim iki evladım var biri 15 biridə 12 yaşındadı.Mən ondan boşanmaq istəyirəm.Mənım fikrim doğrudurmu?
Cavab: 
Va aleykum Salam. Naməhrəm qadınlarla söhbət etmək günahdır, evli insanın isə günahı subaya nisbətən daha şiddətlidir. Buna görə həyat yoldaşınız tövbə etməli və bir daha bu əmələ qayıtmamalıdır. Qadın isə ərindən xəyanət gördükdə ilk növbədə ona nəsihət etməli, bunun günah olduğunu xatırladaraq Cəhənnəm odundan qurtarmağa çalışmalıdır. Əri bu əməldən əl çəkmədiyi təqdirdə, qadının boşanmağa haqqı var. Amma qadın boşandıqdan sonra özünün və uşaqlarının nə edəcəyini düşünməlidir. Cəmiyyətimizdə boşanmış qadınların yalnız bir qismi yenidən ailə qura bilir. Bu səbəbdən, qadının bir müddət səbir edərək ərinin islah olmasına çalışması, bunun üçün Allaha çoxlu dua etməsi daha yaxşıdır. Bu fayda vermədikdə, sözsüz ki, ərindən boşana bilər. Daha ətraflı:
 

 

 

Teqlər: 
Paylaş: