Uşaq vaxtından ta indiyə qədər davam edən xəstəliyim var

    22.03.2014
Sual: 
Əssələmu aleykum va rahmətullahi va bərakətuhu. Mənim 23 yaşım var. Hələ uşaq yaşlarımdan ikən çox vaxt məktəbə getmirdim. Məni nəyinsə narahat etdiyini və gözümə göründüyü və yaxudda yatarkən üstümüzdə it gəzdiyini görürdüm. O vaxtlar çox qorxurdum. Amma ne olduğunu anlamırdım. Artıq 15-16 yaşıma çatanda ibadete başladım. Hem de sonradan araşdırmalara başlayıb Quranı oxumağa başladım. Amma nə etsəm də o məndən heş vaxt əl çəkmədi. Hətta indiyə qədər də əl çəkmək bilmir... Hər halımla Allahı zikr etsəm də, çoxlu Quran oxusam da... Uşaq vaxtı gördüyümdə məndə bir az böyük idi. Amma indi isə daha da çox böyük olub. Artıq cismən yox yuxularımda görürəm. Mənə zərər verməsə də, bu məni çox narahat edir. Mənə zərər verə bilməməsidə Allahın izniylədir. Zikr etsəm də, Quran oxusam da, sanki, hər onu yanımda hiss edirəm. Belə ki, bu hallar hər hansı bir əşayaya toxunmaqla və ya addım atmaq səsləriylə və ya digər hərəkətlərlə baş verir. Artıq kim olduğunu bilirəm və onun müsəlman olduğunu hiss edirəm. Allah rizası üçün, mənə nə edəcəyimi deyəsiz. Belə halda nə edəcəyim barədə sizdən ətraflı cavab gözləyirəm. Bunu kiməsə danışmağa utanırdım. Ona görə də ancaq sizə danışıb müraciət etmək qərarına gəldim. Bir daha salam aleykum. Allah sizdən razı olsun!
Cavab: 

Aleykumus-sələm va rahmətullahi va bərakətuhu. Sözsüz ki, bu cinlərlə bağlı bir xəstəlikdir. Müasir tibb elmi bu cür xəstəlikləri nə izah edə bilir, nə də müalicə edə bilirlər. İslam dinində isə bu xəstəliklər və onların müalicəsi haqqında geniş məlumat verilir. Siz ilk növbədə bu xəstəliyə səbir etməlisiniz və bunun mükafatını Allahdan gözləməlisiniz. Bu sizin üçün bir imtahandır. Həmçinin, bilməlisiniz ki, şəfanı verən yalnız Uca Allahdır və bu xəstəliyin davam etməsi sizin Allah dərgahında yüksək dərəcəyə çatmağınıza səbəbdir.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Allah bir qulunu sevərsə, onu bəlalarla imtahan edər".
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: “İnsanın Allah dərgahında yüksək bir dərəcəsi olur. O, bu dərəcəyə əməli sayəsində nail ola bilmədiyinə görə Allah onun başına xoşagəlməz bəlalar gətirərək onu bu dərəcəyə yüksəldər”. 
Uca Allah Qurani Kərimdə Əyyub peyğəmbərin (Ona Allahın salamı olsun) ağır xəstəliyə tutulması, uzun illər xəstəliyinin artmasına baxmayaraq səbir göstərməsi, sonda Uca Allahın onu sağaltması və onun səbrinə görə onu bütün insanlara nümunə etməsi barədə danışır. Hətta deyilənə görə o, on səkkiz il cüzam xəstəliyindən əziyyət çəkmişdir.
Rəvayət edilir ki, Abdullah ibn Məsud (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (sallallahu aleyhi va səlləm) ağır xəs­tə­ləndiyi zaman mən onun yanına gəldim və bax­dım ki, o, qızdırma için­də yanır. Dedim: “Ey Allahın Elçisi! Sən qız­dırma içində yanırsan! Yəqin bu, sənin iki savab qazanmağına görədir?” O dedi: “Düzdür, başına müsibət gəl­miş elə bir müsəlman yoxdur ki, Allah, ağacın yarpaqları töküldüyü ki­mi, onu günahlarını təmizləmiş olmasın”. (Buxari, 5647). 
Bu cür xəstəliklərdən şəfa tapmaq üçün Uca Allahın buyurduğu bütün vacib əməlləri yerinə yetirmək (fərz namazları kimi), bütün qadağaları, günahları tərk etmək və onlardan tövbə etmək lazımdır. Həmçinin, çoxlu Quran oxumaq və hər gün oxumaq üçün vaxt ayırmaq, Peyğəmbərimizin (sallallahu aleyhi va səlləm) buyurduğu zikr və dualardan istifadə etmək, səhər-axşam zikrlərini, Ayətul Kursini hər namazdan sonra, gecə yatmazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Həmçinin, İxlas, Fələq və Nəs surələrini hər namazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Həmçinin, dinimizin buyurduğu ruqyələri oxumaq (yəni Quran ayələrindən, zikr və dualardan ibarət olan sözləri əlin içinə oxuyub üfürmək və əlləri bədənə sürtmək). Həmçinin, bal, qara çörək otu, zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək lazımdır. Bütün bu deyilənlər cadu, gözdəymə və digər xəstəliklərin müalicəsində istifadə edilən ən təsirli vasitələrdəndir. Allah şəfa versin!

Teqlər: 
Paylaş: