Qeyri-qanuni əlaqədə olduğum adamla ailə qura bilərəmmi?
Sual:
Salam aleykum. Eger bir qadinin bir beyle muveqqeti kebini olub, kebinde ola-ola bashqa bir beyle zina edib. İndi ise birinci muveqqeti oldugu beyden ayrilib, hemin qadin zina etdiyi beyle aile qurub, daimi kebinde ola biler?
Cavab:
Aleykum salam. İslama görə müvəqqəti kəbin qeyri-qanuni, haram hesab olunur. Hər bir halda əgər hər iki tərəf bu günahdan tövbə etsələr, peşman olsalar, Uca Allahın yoluna qayıtsalar, şəriətimizdə buyurulan qanuni nikaha girə bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin". (ət-Təhrim, 8).