Yoldaşım atamı təhqir etdiyinə görə onu bağışlamaqla atamı incitmiş oluram?

    25.11.2018
Kimdən: 
Gunay
Sual: 
Salam menim sualim beledi menim atam bir ildi rehmete gedib.o gedennen aylar sora yoldawimla davamiz oldu ve bir sozumu sehv anladi ele bildi atasin tehqir edirem.onunda atasi ölub.o ele anladi ve atami tehqir etdi bilib bilmeden.men nece edim.bagiwliyib davam etmekle atami incidirem ele bil.vicdan ezabi cekrem ureyimde sinib goturmur.ne edim men?
Cavab: 

Və aleykum Salam. Şübhə yoxdur ki, söyüş söymək, insanı təhqir etmək günahdır. Lakin, Uca Allah bilmədən edilən xətaları, günahları bağışlamışdır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud", 22).
Ona görə də bir-birinizdən halallıq alın və təhqir etməkdən çəkinin. Belə etməklə də atanızı incitmiş olmursunuz. Həmçinin oxuyun:
Kimləsə acı danışıb qəlbini qıran insandan halallıq almaq barədə
Söyüş söymək barəsində hədislər
Haqsız yerə təhqir edən günah qazanırmı?

 

 

Teqlər: 
Paylaş: