Mən daim qorxu içində oluram

    22.03.2014
Sual: 
Salam aləykum. Mən ruhlardan, cinlərdən, şeytanlardan çox qorxuram. Bir neçə dəfə qorxulu filmlərə baxmışam, ona görə də həmişə elə hesab edirəm ki, onlar məni görür və məni öldürmək istəyirlər. Yuxularımda da bəzən onları görürəm və hesab edirəm ki, mən namaz qılıb, daha sonra namaz qılmadığıma görə onlar məndən intiqam almaq istəyirlər. Mən nə edə bilərəm ki, onları görməyim və qorxmayım? Mənə kömək edin xahiş edirəm bu sualımı ətraflı cavablandırasız.
Cavab: 

Aleykum salam. Sizə Peyğəmbərimizin (salləllahu aleyhi va səlləm) buyurduğu zikr və dualardan istifadə etmək, səhər-axşam zikrlərini, "Ayətul-Kursi"-ni hər namazdan sonra, gecə yatmazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Həmçinin, "əl-Fatihə", "əl-İxlas", "əl-Fələq" "ən-Nəs" surələrini hər namazdan əvvəl və səhər-axşam zikrlərində oxumaq lazımdır. Bundan əlavə dinimizin buyurduğu Quran ayələrindən, zikr və dualardan ibarət sözləri oxumaq məsləhətdir. Daha sonra bal, zirə yağı (qara çörək otundan hazırlanır), zəm-zəm suyu, zeytun yağı kimi buyurulan təbii ləvazimatlar istifadə etmək lazımdır. Bütün bu deyilənlər cadu, gözdəymə və digər xəstəliklərin müalicəsində istifadə edilən ən təsirli vasitələrdəndir. Daha ətraflı: Vəsvəsədən necə qorunmaq olar?

Teqlər: 
Paylaş: