Müsəlman kişi xristian qadınla evlənərsə, namazı qəbul olarmı?

    06.12.2018
Sual: 
Salamun Aleykum,kisi musalman qadin isa xristyan aila qurublar,kisi dina yaxin namaza doxru adim atir,amma qadin islam dinini qabul etmaya xazir deyil,kisinin namaz qilmaqi qabul olarmi?
Cavab: 
Və aleykum Salam. İslam dini müsəlman kişiyə əhli-kitabın (yəhudi və xaçpərəstlərin) namuslu qadınları ilə evlənməsinə icazə verir. Uca Allah buyurur: "Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə kitab əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldır. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!" (əl-Maidə, 5).
Buna görə də müsəlman kişinin əhli-kitabın qadınları ilə evlənməsi onun namazına xələl gətirmir. Buna baxmayaraq hər bir müsəlman öz dinini öyrənməyə və ilk növbədə ailə üzvlərindən başlayaraq ətrafında olan digər insanlara da gözəl şəkildə haqqı çatdırmağa çalışmalıdır. Həmçinin oxuyun: İslama dəvət necə olmalıdır?
Teqlər: 
Paylaş: