Yəhudilərin həsəd apardıqları ayə - əl-aidə surəsi 3 - cü ayə
“Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir”
Ömər ibn Xəttab (Allah ondan razı olsun) rəvayət edir ki, bir yəhudi ona belə dedi: “Ey möminlərin əmiri! Sizin Kitabınızda oxuduğunuz elə bir ayə vardır ki, o, biz yəhudilərə nazil olsaydı, həmin günü bayram edərdik.” Ömər (Allah ondan razı olsun): “Hansı ayədir o?”– deyə soruşdu. (Yəhudi): “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Maidə, 3) ayəsidir deyə cavab verdi. Ömər (Allah ondan razı olsun) dedi: “Biz bu ayənin nazil olduğu günü də, yeri də bilirik. Bu ayə Peyğəmbərə – salləllahu aleyhi və səlləm - cümə günü, Ərafatda nazil olmuşdur”.
əl-Buxari, 45, 4407, 4606, 7268; Muslim, 3017.