Qurana and içmək icazəlidirmi?

    15.12.2018
Kimdən: 
Ramin
Sual: 
Allahin salami olsun her kese.Saytda Qurana and icmek olar kimi sozler gordum.Sizce bu dogrudurmu? Bəs Quran-i Kerimde yazilib ki ALlahdan qeyrisine and icmeyin http://zikr.az/node/2049
Cavab: 
Salam aleykum. Quran Allahın kəlamıdır, Allahın kəlamı isə yaradılmış deyildir. Allahın kəlamı Onun kamil sifətlərindən sayılır, buna görə də Qurana Allahın yalnız kəlamı kimi nəzərdə tutaraq and içmək olar. Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) ona qorxuya qarşı bəzi kəlmələri öyrətdi: "Əuuzu bikəlimətilləhit-təəmməəti min ğadabihi, va şərri ibəədihi, va min həməzəətiş-şəyatini və ən yahdurun - Qəzəbindən və cəzasından, qullarının şərindən, şeytanların vəsvəsələrindən və mənə yaxın gəlmələrindən Allahın tam kəlmələrinə sığınıram!" (Sunən Əbu Davud, 3893, 3895). 
Bu və buna bənzər digər səhih hədislər Allahın tam kəlmələrinə sığınmağın icazəli olduğuna dəlalət edir. 
ِAllah Təala da Qurani Kərimdə bəzi yerlərdə Qurana and içir. O, belə buyurur: "Ya. Sin. And olsun hikmətli Qurana! Həqiqətən, sən göndərilmiş elçilərdənsən,
doğru yoldasan. Bu Quran Qüdrətli və Rəhmli Allah tərəfindən nazil edilmişdir...". (Ya Sin, 1-5).
"Sad. Öyüd-nəsihətlə dolu Qurana and olsun!" (Sad, 1).
"Qaf. Şərəfli Qurana and olsun!" (Qaf 1).
Həmçinin oxuyun: İslam fiqhi: AND bölümü
Teqlər: 
Paylaş: