"İn şəə Allah" sözünü birlikdə yazmaq doğrudurmu?
Sual:
Selamu Aleykum In şə Allah sozunu birge yazmaq dogrudurmu ve birge yazilarsa menasi deyisermi?
Cavab:
Və aleykum Salam. Ərəb dilində "إن شاء الله" kəlməsi bir-birindən ayrı yazılan üç sözdən ibarətdir. Lakin tələffüz edərkən bizdə olduğu kimi ərəb dilində də vahid bir söz kimi tələffüz edilir. Bu halda heç bir məna dəyişikliyi baş vermir. Ona görə də ana dilimizdə olan alınma sözlər dilin fonetika qaydalarına uyğunlaşdırılaraq yazılır. Məsələn, Muhəmməd sözü Məhəmməd, rasul sözü rəsul yazılır, eləcə də "bismi Allah", "mə şə Allah" sözləri orijinalda bir-birindən ayrı yazılsa da, ana dilimizdə bismillah, maşallah kimi tələffüz olunur və yazılır. Alınma sözlərin yazılışında və tələffüzündə baş verən dəyişikliyə görə narahat olmağa ehtiyac yoxdur. Çünki bu dilçilik elmində qəbul edilmiş qaydadır. Hər bir dil öz fonetikasının imkanlarından istifadə edərək yad dildən götürdüyü sözləri tələffüz edir və yazır. Həmçinin oxuyun: