Qadın kişi müəllimdən Quran oxumağı öyrənə bilərmi?
Sual:
Salam aleykum. Men Qurani Kerimi oxumağı oyrenmek istryirem. Amma onu mene öyreden yoxdur. Men gedib onu kişi müəllimden öyrene bileremmi? Olar bele etmək?
Cavab:
Aleykum salam. İslam dininə görə qadına, qadın müəllimə, kişiyə də kişi müəllim öyrətməlidir. Bir halda öyrənə bilərsiniz ki, o da əgər kişi sizin məhrəminiz olsun. Məsələn, qardaşınız, əminiz, dayınız və s. Amma naməhrəm olan kişi sizə Quran öyrədə bilməz.