Ayrı yaşayan ər-arvadın kəbini pozulurmu və bu halda qadın başqa kişi ilə kəbin kəsdirə bilərmi?
Sual:
Salam.Kebin varsa ayri yasayirlarsa kebin pozula biler?Kebin varsa Kisinin icazesi olmadan xanim ikinci defe kebin kesdirib evlene bilermi?
Cavab:
Və aleykum Salam. Evli ər və arvad ayrı yaşadıqda nikah yenə də qüvvədə qalır. Kəbinin pozulması üçün kişi qadını boşamalıdır. Kişi qadını boşamamış qadın başqa kişiyə ərə gedə bilməz. Boşanmış qadın ərə getməzdən əvvəl iddə müddəti (üç dəfə heyz olmaq) gözləməlidir. Daha ətraflı:
İslam fiqhi: Nigah və talaq fəsli
Nikah bağlamağın qaydaları