Valideynlərin üzünə ağ olmağın cəzası və kəffarəsi nədir?

    14.12.2018
Sual: 
Valideyine uzu ag olmag pis davranmag cezasi keffaresi nedir
Cavab: 
Salam aleykum. Valideynləri incitmək böyük günahlardandır. Tövbə etmədikcə isə böyük günahlar Cəhənnəm əzabına səbəbdir. Valideynləri incitmək qul haqlarından olduğu üçün ilk növbədə övlad onların könlünü almalı, onlardan üzr istəməli və onlardan halallıq alıb onlarla gözəl və xoş davranmalıdır. Həmçinin bundan əlavə əməlinə peşman olaraq Allahdan həm özü üçün həm də onlar üçün bağışlanma diləyib Ona tövbə etməlidir. Uca Allah buyurur: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl-Əraf, 153).
"Şübhəsiz ki, Allah tövbə edənləri də, təmizlənənləri də sevir". (əl-Bəqərə, 222).

Günaha peşman olmaq və bir daha o günaha qayıtmamağa çalışmaq tövbənin mühüm şərtlərindən sayılır və günahdan peşman olanları Uca Allah bağışlayır. Əgər valideynlər həyatda deyilsə, onda onlar üçün Allahdan bol-bol bağışlanma diləmək lazımdır: "Ey Rəbbim! Məni, valideynlərimi, evimə mömin kimi daxil olanları və bütün mömin kişi və qadınları bağışla!...". (Nuh, 28). Daha ətraflı:
Paylaş: