Ata evə içkili gələrsə, övladı onunla dalaşıb "Allah bəlanı versin" deyə bilərmi?

    14.12.2018
Sual: 
Ata eve içkili gelerek dava salarsa söyüş söyerse oğulun ataya Allah belanı versin demesi ne derecede düzgündür
Cavab: 
Salam aleykum. İçki içmək böyük günahlardandır. Ancaq heç bir halda övladın içki içən valideyninə bəddua etməsi, onunla kobud davranması doğru deyl. Əksinə, övlad atasını gözəl bir şəkildə haqqa dəvət etməli, öz əxlaqı, ibadətləri ilə ona nümunə olmalı, evdə Allahın dini haqqında danışaraq, Quran oxuyaraq, ibadət edərək gözəl mühit yaratmalı və atasının kefinin yaxşı olduğu vaxtlarda bu günahın ağır cəzası haqqında xətrinə dəyməyəcək şəkildə ona danışmalıdır. Daha ətraflı:
Paylaş: