Miras ayəsi - ən-Nisa surəsi 176 - cı ayə
“Səndən fitva istəyirlər. De: ”Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir”
Rəvayət edilir ki, Cabir ibn Abdullah (Allah ondan razı olsun) demişdir: “Mən xəstə olarkən Allah Elçisi - salləllahu aleyhi və səlləm - və Əbu Bəkr məni ziyarət etdilər. Mən huşumu itirdikdə Peyğəmbər - salləllahu aleyhi və səlləm - dəstamaz alıb suyundan mənim üstümə səpdi. Mən özümə gəldikdən sonra dedim: “Ey Allahın Elçisi, malımı necə bölüm?” O mənə cavab vermədi və miras ayəsi nazil oldu: “Səndən fitva istəyirlər. De: “Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir…” (ən-Nisa, 176)”
Muslim, 3031, 4230; Əbu Avanə “Mustəxrəc” 4526.