Əl ilə görüşmək olarmı və ilk sünnət olunan şəxs kim olub?

    22.03.2014
Sual: 
Salam aleykum. Əl ile ve ya öpüşərək görüşmək peygemberlik dovrunde var idi? İlk sunnet olan shexs kim olub?
Cavab: 

Aleykum salam. Əl ilə görüşmək Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və ondan əvvəlki dövrlərdə də mövcud olmuşdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) insanları  əl ilə görüşməyə təşviq etmiş və bu əməlin insanlar arasında kin-küdurətin aradan qalxmasına yardım edəcəyini söyləmişdir. Öpüşərək görüşmək və ya qucaqlaşmaq səfərdən gələn adama tətbiq edilir.
İlk sünnət olunan şəxs isə İbrahim Peyğəmbər (Allahın ona salamı olsun) olmuşdur.
Əbu Hureyra (radıyəllahu anhu) rəvayət edir ki: "İbrahim yüz iyirmi yaşında sünnət oldu. Sonra səksən il yaşadı. Səid deyir ki, İbrahim ilk sün­nət olunan, ilk ziyafət verən, ilk bığını qısaldan, ilk dırnağını tu­tan və ilk saçları ağaran kimsədir. (Saçları ağardıqda) o dedi: "Ey Rəbbim! Bu nədir?" Rəbbi buyurdu: "Bu, bir vüqardır!" O dedi: Ey Rəbbim! Mənim vüqarımı artır". (əl-Buxari: "Ədəbul-Mufrad", 1250).
Peyğəmbər (salləllahu aleyhi va səlləm) demişdir: "Həqiqətən, bir mömin digər bir möminlə qarşılaşaraq salam verib əl ilə görüşdükdə, ikisinin də günahları ağacın yarpaqları töküldüyü kimi tökülür". (Hədis səhihdir). Həmçinin daha ətraflı məlumat üçün Sizə salam olsun! məqaləsini oxuyun. 
 

Paylaş: