Uşaq vaxtı mənə qarşı əxlaqsızlıq edən oğlanı sevməyə başlamışam, nə edim?
Və aleykum Salam. Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) demişdir: "Sizə dinindən və əxlaqından razı qaldığınız birisi (elçi olaraq) gəldiyi zaman qızınızı onunla evləndirin...". (ət-Tirmizi). Sizin kimisə sevməyiniz həmin şəxsin heç də yaxşı əxlaq sahibi olduğunun göstəricisi deyil, üstəlik dediklərinizə əsasən bunun tam əksi, yəni onun əxlaqında qüsurların olduğu aydın olur. Həmçinin onun sizin yadınıza düşməsi və bu haqda düşünməniz şeytanın vəsvəsəsi nəticəsində də ola bilər. Ona görə də, siz həm dünyada, həm də axirətdə xoşbəxt olmaq üçün Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sözlərinə əməl edin. Allaha hər gün dua edin ki, sizə xeyirli həyat yoldaşı yetirsin. Sizə elçi gələn oğlanların dininə, əxlaqına, ailəsinə və digər cəhətlərinə fikir verin və böyüklərlə məsləhətləşin, çünki bərəkət böyüklərdədir. Həmçinin oxuyun: Haram sevgini necə unutmaq olar?