Bilməyərək çəkdiyim surətləri məhv etməliyəmmi?

    09.12.2018
Kimdən: 
Humay
Sual: 
Salam. Sualım rəsm çəkməklə bağlı olacaq. Həm sizin saytdan həm də başqa mənbələrdən aldığım məlumatlara görə insan, başqa canlı rəsmi çəkmək günahdır. Buna görə də bir daha insan rəsmi çəkmək fikrim yoxdur. Sualım: Bu məlumatı almadan öncə bilməyərək çəkdiyim canlı rəsmlərinə görə günah qazandımmı? Çəkdiyim şəkilləri məhv etməliyəmmi?
Cavab: 
Və aleykum Salam. Bilməyərək edilən pis əmələ görə günah yazılmır. Uca Allah buyurur: "Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5). Əgər bacarırsınızsa, çəkdiyiniz surətləri yox edin. Həmçinin oxuyun:
Paylaş: