Əgər kişinin iki zövcəsi varsa, onların hər biri eyni hüquqa malikdirmi?
Sual:
Salam aleykum. Bir kişinin 2 zövcəsi varsa. O zövcələrin haqqları eynidirmi?
Nirinci zövcə haqq cəhətdən daha üstün sayilirmi??
Cavab:
Və aleykum Salam. Zövcələr arasında bütün haqlar eyni olmalıdır. Bir neçə zövcəsi olan kişinin haqq baxımından birini digərindən üstün tutması düzgün deyil. Kişi onların arasında fərq qoymadan hər birinə bərabər şəkildə qayğı göstərməlidir. Uca Allah buyurur: "Xoşunuza gələn (halal) qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər (o qadınlarla) ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda (onlardan) biri ilə və yaxud sahib olduğunuz cariyələrlə (kifayətlənin). Bu, haqsızlıq etməməyə daha yaxındır". (ən-Nisa, 3).
Bu ayədə Uca Allah hər bir müsəlman kişiyə iki, üç və ya dörd qadınla ailə qurmağa icazə verdiyini, ədalətli olmamaqdan qorxduqda isə yalniz biri ilə kifayətlənməyi buyurur. Rəvayət edilir ki, Urva ibn əz-Zubeyr demişdir: "Aişə (Allah ondan razı olsun) belə dedi: "Ey bacım oğlu! Allah Elçisi (salləllahu aleyhi və səlləm) bizim (zövcələrini) birimizi digərindən üstün hesab etmir və hər birimizin yanında müvafiq bölgüyə əsasən qalırdı. O hər gün bizim hamımızı ziyarət edir və növbəsi çatmış zövcəsinin yanında qalırdı. Sovdə bint Zəma artıq yaşa dolmuşdu və qorxurdu ki, Allah Elçisi onu boşayar. Elə buna görə də o, Allah Elçisinə dedi: "Ey Allahın Elçisi, öz növbəmi Aişəyə bağışlayıram!" Allah Elçisi onunla razılaşdı və Uca Allah da bu ayəni nazil etdi: "Əgər bir qadın öz ərinin kobud rəftarından, yaxud ondan üz döndərməsindən qorxarsa, ər-arvadın öz aralarında barışığa gəlməsi onlara günah sayılmaz. Axı barışmaq daha xeyirlidir. Doğrusu, nəfslər xəsislik etməyə hazırdır. Əgər qadınlarla yaxşı davranıb Allahdan qorxsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır". (ən-Nisa, 128)". (Əbu Davud, 2135, 2137; əl-Beyhaqi "Sunən əl-Kubra", 13212, 13816). Həmçinin oxuyun: