Rejissor, operator olmaq, kino çəkmək olarmı?
Və aleykum Salam. Allahın qadağan etdiyi şeyləri (məsələn, küfr və ya Allaha şərik qoşulması, zinanın - ailədən kənar münasibətlərin təbliği, açıq-saçıqlıq, kriminal, içki, yalan, dedi-qodu və s.) çəkib göstərməyəcəyiniz təqdirdə rejissor, operator işləməkdə bir qəbahət yoxdur. Daha ətraflı: İslam dini aktyorluğa necə baxır?
Həmçinin, bir insan Allahın haram buyurduğu bir işlə məşğul olursa, buna onun haram olduğunu çatdıran adamları radikallıqda ittiham etmək əvəzinə, Allahdan qorxaraq günah işləri tərk edib, halal işlərlə məşğul olması onun dünyası və axirəti üçün xeyirli olar. Musiqinin isə haram olmasını biz yox, Uca Allah Qurani Kərimdə və peyğəmbər (salləllahu aleyhi və səlləm) səhih hədislərində qadağan etmişdir. Həmçinin, İslama görə dini mahnı anlayışı da mövcud deyildir. İslama görə hər növ mahnı və musiqi haram hesab olunur. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) və səhabələr (Allah onlardan razı olsun) dini musiqi yolu ilə təbliğ etməyiblər. Əgər Uca Allah hər hansı bir müsəlmana gözəl səs veribsə, bu zaman o bu səsi Quran oxumağa istifadə etməsi onun üçün çox böyük savab olar.
Daha ətraflı: Musiqiyə qulaq asmaq, oxumaq və rəqs etmək olarmı?