Corabların üzərindən məsh çəkmək olarmı?
Sual:
Salam aleykum. Destemaz zamani corabin uzerine mesh eden insanlar gormushem. Hansi ayede buna izn verilir ve yaxud peygemberimiz bele destemazi alibmi?
Cavab:
Aleykum salam. Peyğəmbərimiz (salləllahu aleyhi va səlləm) dəstəmaz aldıqda belə edərdi. Bu məsələ ayədə deyil, hədislərdə öz təsdiqini tapmışdır. Bu barədə 40-a yaxın səhih hədis vardır. Həmin hədislərə əsasən Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) məsh çəkərdi. Sadəcə olaraq əvvəllər xofun (dəridən düzəldilən corabın), indi isə corabın üzərinə məsh edirlər. İslam alimləri əvvəllər istifadə edilən xofun indiki corab hökmündə olduğunu söyləmişlər.