Haram olduğunu bilmədən bədənimə döymə vurdurmuşam, bu günahdırmı?
Sual:
Salam Aleykum men cahil vaxti haram oldugunu bilmeden medenime doyme vurdurmusham.Haramn oldugunu bilenden sonra tovbe etmisham.Bu meseleye aydinleq getira bilarsiniz ?
Cavab:
Və aleykum Salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Döymə edənlərə və döymə etdirənlərə, tüklərini alanlara və aldıranlara, dişlərini itiləyənlər və gözəllik üçün Allahın yaratdığını dəyişənlərə Allah lənət etsin!" (Səhih Muslim, 120).
Lakin bu günahı bilmədən etdiyinizə görə üzrlü sayılırsınız. Uca Allah buyurur: "Səhvən (bilmədən, qəsdisiz) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzab, 5).

Həmçinin Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurub: "Uca Allah ümmətim üçün səhvən (bilmədən), unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (əl-Buxari "Hudud" 22; "Talaq", 2).
Haram olduğunu biləndən sonra da tövbə etməyinizə görə savab qazanmısınız. Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar". (əl-Furqan, 70-71). Həmçinin oxuyun: Bədənə döymə etdirmək olarmı?