"Şər vaxtı" yatmaq günahdırmı?

    30.01.2019
Kimdən: 
Gunel
Sual: 
Salam bagislayin sualim tam aydin yaza bilmedim menim sər vaxti hemise yuxum gelir basqa saatlar da yox imeni ser vaxti ha deyirem yatmiyim ama dayana bilmiyib yatiram mene deyiler bu seytan emelidir bu heqiqeten de beledir? Sər vaxti yatmagimda bir gunah yoxdur? Birde menim islerim cox agir gedir ele bil daş arasindan kecir temiz rusqatim baglanib allah ele bil meni cezalandiri gunahlarima gore ne ede bilerem bilerem komey edin indiden cox sagolun
Cavab: 
Və aleykum Salam. Qeyd etdiyiniz vaxtda yatmağın şeytan əməli ilə bir əlaqəsi yoxdur. Sadəcə Məğrib və İşa namazları arası yatmaq bəyənilmir. Daha ətraflı:
Hər kəsin həyatında işlərinin yaxşı və pis getdiyi vaxtlar olur. Uğursuzluğun müxtəlif səbəbləri olsa da, ümumən bu, Allahın imtahanlarıdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver". (əl-Bəqərə, 155). Odur ki, sıxıntılarınızın aradan qalxması, ruzinizin artması və işlərinizin düzəlməsi üçün Uca Allaha çoxlu dua edin, duaların qəbul olması üçün səbəblərdən istifadə edin və ruzi qazanmaq üçün çalışın. Daha ətraflı:
Paylaş: