Başqalarının ailəsi yaxşı olduğu halda Allah nə üçün məni pis ailədə dünyaya gətirib?
Salam aleykum. Dünyada elə bir insan yoxdur ki, sınağa çəkilməsin. Ailəsi yaxşı olanlar da kasıblıq, xəstəlik, sıxıntı və digər şeylərlə imtahan olunurlar. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir: "Böyük mükafat bəlanın böyüklüyünə görə verilir. Uca Allah bir camaatı sevdikdə onları imtahana çəkir. Kim razı qalarsa, Allahın razılığını qazanar, kim narazı qalarsa Allahın qəzəbini qazanar". (ət-Tirmizi, 2396; İbn Məcəh, 4031). "Allah quluna xeyir istədikdə onun cəzasını bu dünyada tezləşdirər və quluna şər istədikdə onun günahlarını əvəzini tam verənə kimi Qiyamət Gününə saxlayar". (ət-Tirmizi, 2396).
Ona görə də səbr edərək, özünüzü və ailənizi islah edərək Cənnəti qazanmağa çalışın. İslam alimləri demişlər: "Bədbəxtliyin beş əsas səbəbi vardır: namazdan uzaq düşmək, valideyinlərin sözünə məhəl qoymamaq, Quran oxumamaq, Allahın qədərinə narazılıq və naşükürlük etmək və pis dostların əhatəsində olmaq". Daha ətraflı:
Səbir edənlərə müjdə ver!
Xoşbəxt olmaq üçün nə edim?
Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?