Niyə görə pis yolda olanların işləri yaxşı gedir, mən isə əziyyət çəkirəm?
Va aleykum Salam. Uca Allah sevdiyi bəndələri digərlərindən daha çox sınağa çəkir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "İnsanlardan ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir, sonra (fəzilətdə) onların ardınca gələnlər, sonra onların ardınca gələnlər, sonra onların ardınca gələnlər". (İmam Əhməd, 27124). Bu ona görədir ki, Uca Allah onların içində səbr edənlərə axirətdə yüksək dərəcələr və saysız-hesabsız nemətlər versin. Daha ətraflı:
"Allah sevdiyi bəndələrini həmişə sınağa cəkir" sözü doğrudur?
Dualarım qəbul olmur deyə yaşamaqdan bezmişəm
Lakin Cənnətə düşmək üçün Uca Allaha iman gətirmək, müsibətlərə və sınaqlara səbr etmək və namaz qılmaq lazımdır. Namaz gündə 20-25 dəqiqə vaxt aparır. Uca Allah bizə saysız-hesabsız nemətlər verib. Əgər əl, ayaq, dil, göz kimi nemətlər pul ilə satsaydı, dəyəri hər bir kəs üçün milyonlara bərabər olardı. Bunun müqabilində Allaha ibadət etməmək nankorluqdur. Uca Allah buyurur: "...Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir". (İbrahim, 7). Bir insan aylıq bir neçə yüz manata kiminsə yanında gündə 8 saat işləyir. Amma ona saysız-hesabsız nemətlər verən Uca Allah üçün gündə 20-25 dəqiqə ayıra bilmir. Bir günün namazı gündə 25 dəqiqə, həftədə 3 saat, ayda bir gün, ildə 12 gündən də az vaxt aparır. Zərurət hallarında zöhrlə əsr, məğriblə işa namazlarını birləşdirməyə də icazə verilir. Uca Allah buyurur: "Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik". (Ta Hə, 124). Ona görə də Allahı yaxşı tanımaq üçün elmi artırmaq və Ondan qorxmaq lazımdır. Daha ətraflı:
İmanı artırmaq üçün nə etmək lazımdır?
İşdə şərait olmadığı üçün bəzi namazları qəza edərək evdə qılmaq olarmı?
Pis yolda olanların işlərinin yaxşı getməsi haqqında Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurub: "Günahlarına baxmayaraq Uca Allahın bir qula dünya nemətlərindən istədiklərini verdiyini görsən, (bil ki,) həqiqətən, bu "istidrac"dır (Allahın onu tədricən əzaba sürükləməsidir)". Sonra Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Uca Allahın bu ayəsini oxudu: "Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar". (əl-Ənam 44)". (İmam Əhməd "Zuhd" kitabı, 62).