Evdə donuz ətindən istifadə edildiyinə görə psixoloji sarsıntı keçirirəm, nə edim?

    10.03.2019
Sual: 
Salam Aleykum. Sizdən bir məsləhət almaq istəyirəm. M ən yeniyetməyəm. 8-ci sinifdə oxuyandan bəri namaz qıldım, ancaq məktəblərim və hazırlıqlarım məni yorduğu üçün qıla bilmədim. Ancaq hər dəfə dinin bəzi qanunlarına riayət edirəm. Bilirəm ki, donuz əti haramdır. Ona görə nifrət edirəm, hər məhsulu yemirəm, xarici ölkə məhsulları, kolbasa, sosiska yemirəm. Çünki psixi cəhətdən buna uyğunlaşmışam. Evdə bəzən ailəm donuz ətindən kabab çəkirlər. Həmin gün mən boşqablara, çəngəllərə, bıçaqlara əl vurmuram. Mətbəxdə otura biımirəm. Bir növ psixi durum yaşayıram. Xahiş edirəm, bu yoldan necə əl çəkəcəyim barədə mənə məlumat verin. Allah razı olsun. dünyda donus ət riayət riaəy
Cavab: 

Və aleykum Salam. Namazları tərk etməməyə çalışın. Daha ətraflı:
Məktəbdə və hazırlıqda olduğum üçün namazları vaxtında qıla bilmirəm, nə edim?
Namazı tərk etmişdim, yenidən başlasam, Allah bağışlayarmı?

Haramlardan çəkinməyiniz isə təqdirəlayiq bir haldır. Daha ətraflı:
İslam fiqhi: QİDALAR
İslam fiqhi: Haram qidalar

Lakin, istənilən halda sizin mətbəxdə oturub təmiz qablardan istifadə etməyinizdə bir qadağa yoxdur. Donuz ətinə bulaşmış qablardan da yuyulub təmizləndikdən sonra istifadə etmək olar. Digər hallarda isə ehtiyac olarsa, hətta təmizlənməmiş olsa belə onlara toxuna bilərsiniz. Bacardığınızı edin və çox həssas yanaşaraq məsələni özünüz üçün çətinləşdirməyin. Həmçinin oxuyun:
Donuz əti dəymiş qabı necə təmizləmək lazımdır?
Dində həddinizi aşmaqdan çəkinin!
Nəyə görə dində çox dərinə getmək olmaz?
Şeytanın vəsvəsələrindən necə xilas olmaq olar?

 
Paylaş: